...

Gülər Əhmədova həbs edildi

Hadisə Materials 13 Fevral 2013 19:34 (UTC +04:00)
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdulayevin yaydığı videomateriallar əsasında faktla bağlı sabiq millət vəkili Gülər Əhmədova barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Gülər Əhmədova həbs edildi

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İzzət/

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdulayevin yaydığı videomateriallar əsasında faktla bağlı sabiq millət vəkili Gülər Əhmədova barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, bu barədə bu gün Səbail rayon Məhkəməsi qərar çıxarıb.

Qeyd edək ki, ötən il sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti