Azərbaycan, Bakı, 17 fevral /Trend/
Uralda 24 mindən çox insan və 4.3 min texnika meteroitin vurduğu zərəri aradan qaldırır. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, cümə günü düşmüş meteroit Uralın Tümen, Kurqan, Sverlovsk vilayətlərinə, həmçinin, Qazaxıstanın şimal ərazilərinə zərər vurub.
Ən çox zərər Çelyabinsk vilayətində müşahidə olunub, bir çox binaların şüşələri sınıb. Mindən çox insan xəsarət alıb, onlardan 52 nəfəri xəstaxalara aparılıb.
"Hazırda 1 700 mindən çox yaşayış binasının, 34 müalicə məntəqəsinin və digər sosial müdafiə müəssisələrinin şüşələrinin dəyişdirilməsi həyata keçirilir. Bütövlükdə, 37.8 min kvadrat metr ərazidə pəncərələrin çərçivələri və şüşələri yenilənib. 122 potensial təhlükəli obyektlər müəyyənləşdirilib" - deyə məlumatda bildirilir.
Həmçinin, məlumatda bildirilir ki, fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün isə 24 127 nəfər və 4327 texnika işə cəlb edilib.