Azərbaycan, Bakı, 20 fevral /Trend/
Bakı bulvarında kişi meyiti tapılıb.
Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 km məsafədə) naməlum kişi cəsədi aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Cəsəd dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.