...

İt gömrük postunda narkotik vasitə aşkar etdi

Hadisə Materials 13 Mart 2013 16:28 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Rasim Alquliyevin idarə etdiyi "Qaz-2747" markalı yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış keçirilib.
İt gömrük postunda narkotik vasitə aşkar etdi

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İ.İzzət/

Biləsuvarda gömrükçülər itin köməyi ilə həşiş qətranı aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Rasim Alquliyevin idarə etdiyi "Qaz-2747" markalı yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı xidməti itin reaksiyasına əsasən avtomobilin alt tərəfinə baxış keçirilib və aşkarlanmasını çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 1 ədəd bükümdə, xalis çəkisi 50,14 qram olan narkotik vasitə - həşiş qətranı aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti