Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İzzət/
Şəmkir rayon sakininin Bakıda əxlaqsızlıq yuvası təşkil etməsi və qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində Şəmkir rayon sakini Cəvahir Zamanovanın əxlaqsızlıq yuvası təşkil etməsi və gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.