...

İranda baş vermiş güclü zəlzələ 7 vilayətdə hiss olunub, yaralıların sayı 27-yə çatıb (ƏLAVƏ OLUNUB-7)

Hadisə Materials 17 Aprel 2013 01:37 (UTC +04:00)
Aprelin 16-da İran-Pakistan sərhədində təqribən 8 bal gücündə zəlzələ baş verib.
İranda baş vermiş güclü zəlzələ 7 vilayətdə hiss olunub, yaralıların sayı 27-yə çatıb (ƏLAVƏ OLUNUB-7)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:07-də yayılıb)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

İranda baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 27-yə çatıb. Bu barədə Sistan və Bəlucistan vilayətinin başçısına istinadən İSNA agentliyi xəbər yayıb.

İran polisinin rəis müavinin Əhməd-Rəza Radan isə bildirib ki, fəlakətlə bağlı zəlzələ zonasına əlavə polis qüvvələri və helikopterlər görndərilib.

Dünən İran-Pakistan sərhədində təqribən 8 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi ABŞ Geoloji Xidmətinə istinadən xəbər yayıb.

Zəlzələnin ocağı təxminən 90 kilometr dərinlikdə olub.

Zəlzələ digər qonşu ölkələrdə, xüsusilə, Hindistanın paytaxtı Nyu-Dehlidə hiss edilib.

"Mehr" agentliyinin məlumatına görə, yeraltı təkanlar İranın daha yeddi vilayətində - Buşəhr, Məşhəd, Kirman, İsfahan, Tehran, Yəzd və Semnanda hiss olunub.

Mütəxəssislərin məlumatına görə, bu, son 40 ildə İranda baş vermiş ən güclü zəlzələdir.

İranın "IRIBnews" kanalının məlumatına görə, 7,5-8 bal gücündə zəlzələ Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində 18 kilometr dərinlikdə qeydə alınıb.

İranın dövlət telekanalı "IRIBnews" isə zəlzələ nəticəsində insan tələfatı ilə bağlı yayılan məlumatları təkzib edib.

Qeyd edək ki, İranda 6 gün əvvəl də 6,3 bal gücündə zəlzələ baş vermiş, 37 nəfər həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti