...

İraq-Türkiyə neft kəmərində partlayış baş verib

Hadisə Materials 26 Aprel 2013 10:01 (UTC +04:00)
Ötən gecə İraqın Şərhət şəhərində İraqdan Türkiyəyə neft aparan Kərkük-Ceyhan neft kəmərində partlayış baş verib.
İraq-Türkiyə neft kəmərində partlayış baş verib

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A. Tağıyeva/

Ötən gecə İraqın Şərhət şəhərində İraqdan Türkiyəyə neft aparan Kərkük-Ceyhan neft kəmərində partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Əl-Qüds əl-Ərabi" qəzeti xəbər yayıb.

Partlayışla əlaqədar olaraq neftin kəmərlə nəql edilməsi müvəqqəti dayandırılıb.

İlkin məlumatlara görə, partlayış silahlı yaraqlıların hücumu nəticəsində baş verib.

İraqda həftə ərzində sünni və şiələr arasında silahlı toqquşmalar baş verir. Artıq üçüncü gündür ki, Bağdaddan 180 km şimalda yerləşən Hafidca şəhərində hökümət qüvvələri sünnilərin düşərgəsinə hücum edir. Sünnilər şiələrin İraqın ictimai-siyasi həyatında hakim mövqe tutmalarına qarşı etiraz edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti