...

Bakıda bir gəncin qeyri-rəsmi arvadını qətlə yetirməsinə rəsmi aydınlıq gətirildi

Hadisə Materials 15 May 2013 16:48 (UTC +04:00)
Bakıda vətəndaş Bəsti Mirzəyevanın 15 aprel 2013-cü il tarixdə paytaxtın Xətai rayon ərazisində itkin düşməsi ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə onun qeyri-rəsmi ər-arvad kimi münasibətdə olduğu və Əhmədli qəsəbəsində birgə kirayədə yaşadığı Sübhan Məmmədov tərəfindən boğularaq öldürüldüyü, daha sonra həmin ərazidəki yarımçıq tikilinin həyətində basdırıldığı müəyyən edilib.
Bakıda bir gəncin qeyri-rəsmi arvadını qətlə yetirməsinə rəsmi aydınlıq gətirildi

Azərbaycan, Bakı, 15 may /Trend müxbir İ.İzzət/

Bakıda vətəndaş Bəsti Mirzəyevanın 15 aprel 2013-cü il tarixdə paytaxtın Xətai rayon ərazisində itkin düşməsi ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə onun qeyri-rəsmi ər-arvad kimi münasibətdə olduğu və Əhmədli qəsəbəsində birgə kirayədə yaşadığı Sübhan Məmmədov tərəfindən boğularaq öldürüldüyü, daha sonra həmin ərazidəki yarımçıq tikilinin həyətində basdırıldığı müəyyən edilib.

Trend xəbər verir ki, bununla bağlı Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yayıb.

Prokurorluq və polis orqanları əməkdaşlarının həyata keçirdikləri uğurlu istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir cinayətin üstü açılıb, onu törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində Məmmədov tutulub. O, istintaqa ifadəsində törətdiyi cinayəti etiraf edərək Mirzəyevanın basdırıldığı yeri göstərib, baxış zamanı meyit həmin ərazidə aşkar edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti