...

İrandan gələn avtomobildə marixuana aşkar edildi

Hadisə Materials 21 May 2013 13:31 (UTC +04:00)
Biləsuvarda gömrükçülər avtomobildə marixuana aşkar ediblər.
İrandan gələn avtomobildə marixuana aşkar edildi

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/

Biləsuvarda gömrükçülər avtomobildə marixuana aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda, İran İslam Respublikası ərazisindən tranzit keçməklə, Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Nicat Quliyevin idarə etdiyi "VAZ-21154" markalı minik avtomobilinə baxış keçirilib.

Baxış zamanı həmin avtomobildə 2 ədəd bükümdə, ümumi miqdarı 380,8 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti