...

Ərdoğan: İstanbuldakı etirazların əsl səbəbi ağacların kəsilməsi deyil, ideolojidir (Yenilənib)

Hadisə Materials 1 İyun 2013 15:00 (UTC +04:00)
Baş nazir Ərdoğan: İstanbuldakı etirazların əsl səbəbi ağacların kəsilməsi ilə bağlı deyil, ideolojidir.
Ərdoğan: İstanbuldakı etirazların əsl səbəbi ağacların kəsilməsi deyil, ideolojidir (Yenilənib)

Azərbaycan, Bakı, 1 iyun / Trend, müxbir R. Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbul İxracatçılar Məclisində verdiyi açıqlama zamanı İstanbulda keçirilən etiraz aksiyalarının Gezi parkındakı ağacların kəsilməsi ilə bağlı olmadığını bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı məlumat verib.

Ərdoğanın sözlərinə görə, hadisələrin fonunda ideoloji səbəblər var və müxalifət İstanbulda güclənmək niyyətindədir.

Bundan əvvəl də Türkiyəni qarışdırmaq, ölkədə xaos yaratmaq istəyən qüvvələrin olduğunu deyən Ərdoğan onu da bildirib ki,

Türkiyədə bütün qüvvələrin demokratik şəkildə öz fikrini ifadə etmək haqqı var.

Baş nazir onu da bildirib ki, polisin nümayişçilərə qarşı zor tətbiq etməsi məsələsi hazırda araşdırılır.

Baş nazir onu da bildirib ki, İstanbuldakı etiraz aksiyaları Cumhuriyyət Xalq Partiyası (CHP) tərəfdarları tərəfindən qızışdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti