...

Türkiyə polisi Taksim meydanından geri çəkilir

Hadisə Materials 1 İyun 2013 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun / Trend, müxbir R. Hafizoğlu/

Türkiyə polisi Taksim meydanından geri çəkilir. Trend-in məlumatına görə, bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.

Telekanalın məlumatına əsasən polisin geri çəkilməsindən sonra etirazlılar Gezi parkına giriblər.
Məlumatda o da qeyd olunur ki, İstanbul polisi ölkə prezidenti Abdullah Gülün müraciətindən sonra Takism meydanında geri çəkilib.

Telekanalın verdiyi məlumata əsasən prezident Gül Taksim hadisələrinin qarşısının alınması üçün hər kəsin üzərinə düşən vəzifəni etməli olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti