...

Göygöldə avtomobil aşıb: 2 ölü, 5 yaralı

Hadisə Materials 24 İyun 2013 16:22 (UTC +04:00)
Göygöldə 2 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Göygöldə avtomobil aşıb: 2 ölü, 5 yaralı

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Göygöldə 2 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 345-ci km-də - Göygöl rayonu ərazisində ağır yol qəzası baş verib. Sürücü - Daşkəsən sakini 49 yaşlı Rafiq Məmmədov idarə etdiyi "Hyunday Terrakan" markalı avtomobillə Göygöl rayonundan Yevlaxa gedərkən idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Qəza nəticəsində sürücü və və onunla eyni ünvanda yaşayan Alidə Ağayeva, oğlanları Elmir, Ayxan və qızı Banuçiçək xəsarət alaraq Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Avtomobildə olan digər sərnişinlər - Daşkəsən sakinləri Etibar Sədirov və həyat yoldaşı Nazəki Sədirova aldığı xəsarətlərdən elə hadisə yerindəcə həlak olublar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti