...

Şirvan Milli Parkında yanğın baş verib

Hadisə Materials 27 İyun 2013 16:10 (UTC +04:00)
Bu gün saat 14:50 radələrində Şirvan Milli Parkı ərazisində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ilkin ehtimala görə yanğın yaxınlıqdan keçən "Salyan OİL" şirkətinə məxsus neft daşıyan avtomobilin keçməsindən dərhal sonra baş verib və əsən külək nəticəsində geniş əraziyə yayılıb. Yanğın təbii və alaq otlarından ibarət olan 100 hektara yaxın ərazini əhatə edir.
Şirvan Milli Parkında yanğın baş verib

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İzzət/

Bu gün saat 14:50 radələrində Şirvan Milli Parkı ərazisində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ilkin ehtimala görə yanğın yaxınlıqdan keçən "Salyan OİL" şirkətinə məxsus neft daşıyan avtomobilin keçməsindən dərhal sonra baş verib və əsən külək nəticəsində geniş əraziyə yayılıb. Yanğın təbii və alaq otlarından ibarət olan 100 hektara yaxın ərazini əhatə edir.

Yanğının söndürülməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatı və yerli qurumlarının əməkdaşları təcili olaraq yanğının baş verdiyi əraziyə ezam olunublar.

Hazırda ETSN-nin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə dəstələri tərəfindən davam edən yanğının söndürülməsi və qarşısının alınması üçün təcili tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti