Azərbaycan, Bakı, 27 iyun /Trend/
Bu gün saat 14:50 radələrində Şirvan Milli Parkı ərazisində baş vermiş yanğın saat 18:00 radələrində Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının operativ səyləri nəticəsində söndürülüb.
ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Trend-ə verdiyi məlumata görə, hazırda Şirvan Milli Parkının yanğına məruz qalmış ərazilərində yenidən alovlanma ehtimalı olan sahələr nəzarətə götürülüb və ETSN-nin əməkdaşları bütün əraziboyu növbə çəkir.
Yanğının miqyasının öyrənilməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.