...

Türkiyənin Konya vilayətində üç avtomobil toqquşub, beş nəfər həlak olub

Hadisə Materials 30 İyun 2013 13:04 (UTC +04:00)
Türkiyənin Konya vilayətində bazar günü mikroavtobus və iki minik avtomobili toqquşub.
Türkiyənin Konya vilayətində üç avtomobil toqquşub, beş nəfər həlak olub

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Türkiyənin Konya vilayətində bazar günü mikroavtobus və iki minik avtomobili toqquşub. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Qəza nəticəsində beş nəfər həlak olub və beş nəfər yaralanıb.

Yaralılar yaxınlıqda olan xəstəxanalarına çatdırılıb.

Xəbər lenti

Xəbər lenti