Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İzzət/
Mərdəkanda çimərlikdə 30-35 yaşlı qadın meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 30-da Xəzər rayonu, Mərdəkan qəsəbəsinin dəniz çimərliyində üzərində zorakılıq əlamətləri görünməyən 30-35 yaşlı qadın meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.