...

Taksimdə polislə bir qrup şəxs arasında qarşıdurma olub

Hadisə Materials 1 Avqust 2013 00:00 (UTC +04:00)
Gezi Parkı hadisələrində başından yaralanan Berk Evren üçün Taksimdə mətbuata açıqlama yaymaq istəyən qrupla polis arasında qarşıdurma olub. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, polisin xəbərdarlığından sonra qrupun fəaliyyətinə müdaxilə olub.
Taksimdə polislə bir qrup şəxs arasında qarşıdurma olub

Azərbaycan, Bakı, 1 avqust /Trend /

Gezi Parkı hadisələrində başından yaralanan Berk Evren üçün Taksimdə mətbuata açıqlama yaymaq istəyən qrupla polis arasında qarşıdurma olub. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, polisin xəbərdarlığından sonra qrupun fəaliyyətinə müdaxilə olub.

Məlumatda deyilir ki, Evrenin atası və yaxınları ilə birgə CHP liderinin köməkçisi Sezgin Tanrıkulunun da daxil olduğu qrup Taksim meydanında müxtəlif şüarlar səsləndirərkən polis tərəfindən xəbərdarlıq edilib. Mətbuata açıqlama verildikdən sonra Taksimə yığılmış qrup dağılmaqdan imtina edib.

Bununla da qrupa müdaxilə edən polis gözyaşardığı qazdan və təzyiqli sudan istifadə edib.

Hazırda İstiqlal küçəsinə sığınmış qrupa polis müdaxiləsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti