...

İstanbulda Türkiyənin hakim partiyasının binası qarşısında səs qumbarası partladılıb

Hadisə Materials 11 Avqust 2013 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend/

İstanbulda hakim Ədalət və İnkişaf Partiyası (AKP) ofisinin qarşısında səs qumbarası partladılıb.Trend Sabah qəzetinə istinadən bu barədə bazar günü məlumat verir.

Partlayış nəticəsində heç kim xəsarət almayıb, şüşələr sınıb. Məlumata görə, səs qumbarası bina qarşısında yerli vaxtla gecə saat 2:00-də partladılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti