...

ABŞ-da nəqliyyat təyyarəsi qəzaya uğrayıb

Hadisə Materials 14 Avqust 2013 16:37 (UTC +04:00)
ABŞ-ın Alabama ştatının Birminqem şəhəri ərazisində “UPS” şirkətinə məxsus “Airbus 300” tipli nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
ABŞ-da nəqliyyat təyyarəsi qəzaya uğrayıb

Azərbaycan, Bakı, 14 avqust /Trend /

ABŞ-ın Alabama ştatının Birminqem şəhəri ərazisində "UPS" şirkətinə məxsus "Airbus 300" tipli nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi "NBC News" telekanalına istinadən bildirir.

Qəzadan sonra təyyarə alovlanıb. Telekanal vurğulayır ki, hadisə yerində üç partlayış səsi eşidilib. Ətrafa səpələnən qəlpələr səbəbindən yanğınsöndürənlər alovlanan təyyarəyə yaxınlaşa bilmirlər.

Ölənlər və xəsarət alanlar barəsində məlumat daxil olmayıb. Baş verən hadisənin təfərrüatları barədə açıqlama verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti