Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İzzət/
Bakıda beş avtomobilin iştirakı ilə həm əsəb, həm də gülüş doğuran zəncirvari qəza baş verib.
Trend xəbər verir ki, paytaxtın mərkəzi prospektlərinin birində axşam saatlarında taksi fəaliyyəti ilə məşğul "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən digər "Mercedes" avtomobilinə arxadan çırpılıb.
Hərəkətdə olan ikinci "Mercedes" isə yolun kənarında dayanmış taksi fəaliyyəti ilə məşğul olan "Hyundai" markalı avtomibilə çırpılıb. Maraqlısı budur ki, "Mercedes" "Hyundai"yə çırpılandan sonra dayanmayıb və onu qabağına qataraq təxminən 30 metrə yaxın sürüyüb.
Daha sonra "Hyundai" yolun kənarında dayanmış və taksi fəaliyyəti ilə məşğul olan "VAZ" markalı avtomobilə, o da qarşısında dayanmış taksi fəaliyyəti ilə məşğul olan "Mercedes"ə çırpılıb. Hadisə zamanı ölən və xəsarət alan olmasa da, zərcirvari qəzanın qurbanı olan bütün avtomobillərə ziyan dəyib.
Bütün bunlar azmış kimi yaxınlıqda olan və qaydanı pozaraq qəza şəraiti yaradan "Niva"nın sürücüsü avtomobili hərəkətin əks istiqamətində bir neçə metr geri sürüb ki, baş verən hadisəni yaxından izləyə bilsin.
Trend həmin hadisənin video görüntüsünü təqdim edir.