...

Bakı İstintaq təcridxanasına alkoqol sovqatı keçirmək cəhdi baş tutmayıb

Hadisə Materials 24 Sentyabr 2013 09:59 (UTC +04:00)
Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakı İstintaq təcridxanasına alkoqol sovqatı keçirmək cəhdi baş tutmayıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İzzət/

Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 23-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Bayram Oruc oğlu Paşayevə vətəndaş Şahniyar Xamməd qızı Məmmədovanın gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı sovqatın içində 1(bir) ədəd 0,5 litr həcmdə "Slavyanka" etiketli plastik qabda tündlüyü 10,5 faiz olan alkoqollu içki aşkar olunaraq götürülüb.

Qeyd edək ki, 1961-ci il təvəllüdlü Bayram Paşayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti