...

Bakıda azyaşlı su kanalında boğulub

Hadisə Materials 27 Sentyabr 2013 23:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Sabunçu rayon sakini su kanalına yıxılaraq boğulub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər azyaşlı su kanalına düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.

Azyaşlının meyiti batdığı yerdən dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti