...

Sumqayıtda “Volkswagen” heyvanları və onların sahibini vurub: ölən və yaralanan var

Hadisə Materials 2 Oktyabr 2013 14:56 (UTC +04:00)
Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Sumqayıtda “Volkswagen” heyvanları və onların sahibini vurub: ölən və yaralanan var

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İ.İzzət/

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 1-də saat 18.00 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində qəsəbə sakini Fariz Hüseynov idarə etdiyi "Volkswagen" markalı avtomaşınla yolu keçən həmyerlisi Şahləddin Babayevi, eləcə də ona məxsus 2 baş keçi və 1 baş qoyunu vurub. Daha sonra F.Hüseynov idarəetməni itirərək avtomaşını aşırıb.

Nəticədə Şahləddin Babayev hadisə yerində ölüb, sürücü F.Hüseynov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti