...

Bakıda daha bir qəza piyadanın ölümü ilə nəticələnib

Hadisə Materials 14 Oktyabr 2013 13:01 (UTC +04:00)
Bakıda daha bir qəza piyadanın ölümü ilə nəticələnib
Bakıda daha bir qəza piyadanın ölümü ilə nəticələnib

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İ.İzzət/

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 13-ü saat 17.00 radələrində Nizami rayonu Qara Qarayev prospektində Bakı şəhər sakini Yusif Qasımov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə şəhər sakini Murad Məmmədlini vurub.

M.Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində respublikada piyadaların vurulması ilə nəticələn 804 yol qəzası baş verib. Baş verən yol qəzalarında 284 nəfər ölüb, 592 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti