...

Orxan Zeynalovun vəkili həbs qərarından şikayət edəcək

Hadisə Materials 17 Oktyabr 2013 18:22 (UTC +04:00)
Moskvanın Biryulevo rayonunun sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalovun hüquqlarını müdafiə edən vəkil məhkəmənin həbs qərarından şikayət etmək niyyətindədir.
Orxan Zeynalovun vəkili həbs qərarından şikayət edəcək

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Moskvanın Biryulevo rayonunun sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalovun hüquqlarını müdafiə edən vəkil məhkəmənin həbs qərarından şikayət etmək niyyətindədir. Bu barədə Trend "İnterfaks"a istinadən məlumat verir.

Vəkil Viktor Anikuşkin bildirib: "Bəli, biz şikayət edəcəyik. Müdafiə tərəfi məhkəmənin qərarı ilə razı deyil. Çünki məhkəməyə Zeynalovun günahkar olduğunu göstərən bütün sübutlar təqdim edilməyib".

Onun sözlərinə görə, məhz buna görə də müdafiə tərəfi iclasın 72 saata təxirə salınması ilə bağlı məhkəmə qarşısında iddia qaldırmışdı: "Hesab edirik ki, tərəflərin məhkəmədə çəkişməsi pozulub".

Vəkil jurnalistlərin "Zeynalov niyə etirafedici ifadələrdən imtina etdi" sualına belə cavab verib: "İşin bütün materialları ilə hələ tanış olmamışam".

Qeyd edək ki, Moskvanın Presnenski məhkəməsi Yeqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti