...

Bakıda ötüşməyə çıxan "Mercedes" "VAZ" markalı avtomobilə çırpıldı (VİDEO)

Hadisə Materials 5 Noyabr 2013 16:28 (UTC +04:00)
Bakıda avtobus dayanacağında sərnişin avtobusunun qarşısına çıxan "VAZ-2106" markalı avtomobil yolun digər istiqamətində sürətlə hərəkət edən "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Bakıda ötüşməyə çıxan "Mercedes" "VAZ" markalı avtomobilə çırpıldı (VİDEO)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda avtobus dayanacağında sərnişin avtobusunun qarşısına çıxan "VAZ-2106" markalı avtomobil yolun digər istiqamətində sürətlə hərəkət edən "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Zərbənin nəticəsində "VAZ-2106" markalı avtomobilin qabaq şüşəsi və sol ön şüşəsi qırılıb, sürücü isə ağır xəsarət alıb.

Videodan göründüyü kimi, "Mercedes" markalı minik avtomobili "VAZ-2107" markalı digər avtomobillə ötüşməyə çıxdığından yaşayış məntəqəsi olan yolda sürətlə hərəkət edir.

Trend bu tipli və digər qəzaların videogörüntülərini təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində Bakı şəhəri ərazisində 755 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar zamanı 258 nəfər ölüb, 777 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti