...

Suriyada Əsəd qüvvələri 39 nəfərin həyatına son qoyub

Hadisə Materials 19 Noyabr 2013 09:41 (UTC +04:00)
Suriyada rejim gücləri ilə müxalifətçilər arasında baş verən silahlı toqquşmalarda 39 nəfər ölüb.
Suriyada Əsəd qüvvələri 39 nəfərin həyatına son qoyub

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Suriyada rejim gücləri ilə müxalifətçilər arasında baş verən silahlı toqquşmalarda 39 nəfər ölüb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Bəşər Əsəd qüvvələrinin törətdiyi hücumlar nəticəsində ölənlərin 3-ü qadın, 7-si isə Azad Suriya Ordusunun üzvləridir.

Məlumata görə, Suriya Ordusunun Homsun əl-Vaer bölgəsindəki Vəlid Xəstəxanasını "yer-yer" tipli raketlərlə vurması nəticəsində aralarında qadın və uşaqların da olduğu xeyli sayda insan həlak olub, xəsarət alanların bəzilərinin vəziyyəti isə ağırdır. Xəstəxanaya hücumda neçə nəfərin həyatını itirdiyi qeyd olunmur.

Suriya Hava Qüvvələrinə aid bir hərbi təyyarənin Hələbin Mari səmtini bombalaması nəticəsində bəzi yaşayış məskənlərinə ciddi ziyan dəydiyi bildirilir. Şəhərin Meadi bölgəsində isə 4 mərtəbəli bina top mərmilərinin atılması nəticəsində uçub, dağıntılar altından ölü və yaralılar ağır texnikaların köməyi ilə çıxarılır.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, təhlükəsizlik qüvvələrinin ölkə ərazisində keçirdiyi əməliyyatlarda çox sayda silahlı qrup zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti