...

Qubada evdə partlayış olub, xəsarət alan var

Hadisə Materials 20 Noyabr 2013 10:46 (UTC +04:00)
Quba şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzildə məişət qazının sızması nəticəsində partlayış baş verib.
Qubada evdə partlayış olub, xəsarət alan var

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Quba şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzildə məişət qazının sızması nəticəsində partlayış baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə mənzilin arakəsmə divarları dağılıb, yanğın hadisəsi olmayıb.

Partlayış zamanı bir nəfər müxtəlif yanıq xəsarətləri ilə vətəndaşlar tərəfindən mərkəzi rayon xəstəxanasına aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti