...

Hacıqabul sakini sirkə turşusundan zəhərlənərək ölüb

Hadisə Materials 25 Noyabr 2013 13:57 (UTC +04:00)
Hacıqabul rayon sakini sirkə turşusundan zəhərlənməsi nəticəsində ölüb.
Hacıqabul sakini sirkə turşusundan zəhərlənərək ölüb

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İ.İzzət/

Hacıqabul rayon sakini B.Hüseynov sirkə turşusundan zəhərlənməsi nəticəsində ölüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 24-də Hacıqabul rayonunda yaşayan Barat Hüseynov halsız vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və orada ölüb. Məlum olub ki, Barat Hüseynov sirkə turşusundan zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti