...

Pakistanda NATO tankerlərinə silahlı hücum olub

Hadisə Materials 9 Dekabr 2013 03:28 (UTC +04:00)
Pakistanın Bəlucistan əyalətinin Bolan bölgəsində Əfqanıstandakı ABŞ və NATO qüvvələrinə yanacaq daşıyan iki tanker silahlı şəxslər tərəfindən atəşə tutulub.
Pakistanda NATO tankerlərinə silahlı hücum olub

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Pakistanın Bəlucistan əyalətinin Bolan bölgəsində Əfqanıstandakı ABŞ və NATO qüvvələrinə yanacaq daşıyan iki tanker silahlı şəxslər tərəfindən atəşə tutulub.

Trend-in məlumatına görə, bölgədəki təhlükəsizlik qüvvələrinin əməkdaşları motosikletli şəxslərin, həmçinin avtomobillərə avtomat silahlarla atəş açdığını və sürücülərin yaralandığını, yanğın baş verən tankerlerin isə istifadəyə yararsız hala gəldiyini bildirir.

Silahlı şəxslər hadisə yerindən qaçıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti