...

Türkiyəli jurnalist Suriyada girov götürüldü

Hadisə Materials 17 Dekabr 2013 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Türkiyənin "Milliyyət" qəzetinin fotomüxbiri Bünyamin Aygün Suriyada "əl-Qaidə" ilə əlaqəsi olan qruplar tərəfindən girov götürülüb. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Türkiyənin Foto Müxbirləri Dərnəyinin yaydığı açıqlamada B.Aygünün sərbəst buraxılması üçün bir müddətdir davam edən səylərin bir nəticə vermədiyi, bu səbəbdən də başda Xarici İşlər Nazirliyi olmaqla səlahiyyətli şəxslərdən kömək istənildiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti