Azərbaycan, Bakı, 5 yanvar /Trend/
Bakıda parkda yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda parkda quraşdırılmış yolka ağacının ulduzu və 1 p.m elektrik kabeli yanıb.
Ağac yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.