...

Bakıda tanınmış avtobus xətlərinin birində sürücü sərnişini döyərək mobil telefonlarını götürüb

Hadisə Materials 1 Fevral 2014 10:32 (UTC +04:00)
Bakıda tanınmış avtobus xətlərinin birində sürücü sərnişini döyərək mobil telefonlarını götürüb.
Bakıda tanınmış avtobus xətlərinin birində sürücü sərnişini döyərək mobil telefonlarını götürüb

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Bakıda tanınmış avtobus xətlərinin birində sürücü sərnişini döyərək mobil telefonlarını götürüb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, yanvarın 12-də Kürdəmir rayon sakini Ceyhun Ərəbxanov ərizə ilə 16-cı polis bölməsinə müraciət edərək bildirib ki, yanvarın 11-i saat 22:30 radələrində C.Məmmədquluzadə küçəsində 82 nömrəli avtobusda sürücü və yanında olan 2 nəfər şəxs avtobusda onu döyərək 2 ədəd mobil telefonunu əlindən alıblar.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Mingəçevir şəhər sakini Müseyib Nəsirov, Ağdaş rayon sakini əvvəllər məhkum olunmuş Pünhan Qurbanov tutulub, digər iştirakçının tutulması istiqamətində əməliyyat tədbirləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti