Azərbaycan, Bakı, 5 mart /Trend/
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş 49 yaşlı Sabiq Əsgərov bir kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuananı şərti alıcıya 60 manat müqabilində satarkən yaxalanıb.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, sonradan Sabiq Əsgərovun Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşadığı ünvana baxış keçirilən zaman oradan əlavə olaraq 6,5 kiloqram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Fakt üzrə cinayət işi başlanılıb, istintaq aparılır.