Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir İ.İzzət/
Zaqatala rayon sakini qətlə yetriməkdə şübhəli bilinən şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 7-də Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisindən kənd sakini Elxan Teymurxanov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.
Zaqatala Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Ağsu rayon sakini Murad Mustafayev tərəfindən törədilməsi müəyyən edilib.
Zaqatala RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.