...

Tovuzda qaz sobasını yandırarkən xəsarət alan qadın ölüb

Hadisə Materials 14 Mart 2014 13:38 (UTC +04:00)
Yanıq xəsarəti almış Tovuz rayon sakini ölüb.
Tovuzda qaz sobasını yandırarkən xəsarət alan qadın ölüb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir İ.İzzət/

Yanıq xəsarəti almış Tovuz rayon sakini ölüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 13-də Tovuz rayonu Məşədilər kənd sakini Zəminə Mustafayeva evdə qaz sobasını yandırarkən yanıq xəsarəti alıb.

Xəstəxanaya yerləşdirilmiş Z.Mustafayeva orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti