Azərbaycan, Bakı, 22 mart /Trend/
Bakıda mənzildə vətəndaş köməksiz vəziyyətdə qalıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1936-cı il təvəllüdlü Ulikov Yevgeni Dmitriyeviç mənzilin qapısının dəfələrlə döyülməsinə və uzunmüddətli telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə giriş qapısını bayır tərəfdən açaraq daxil olublar. Mənzilə baxış keçirərkən hərəkətsiz vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.