...

Bakıda mənzildə qadın köməksiz vəziyyətdə tapılıb

Hadisə Materials 23 Mart 2014 23:27 (UTC +04:00)
Bakıda mənzildə qadın köməksiz vəziyyətdə tapılıb.
Bakıda mənzildə qadın köməksiz vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 23 mart / Trend /

Bakıda mənzildə qadın köməksiz vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının kilidinin sınması nəticəsində bir nəfər yaşlı qadın mənzildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə ondördmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilə damdan enərək daxil olublar. Mənzildə köməksiz vəziyyətdə qalmış yaşlı qadının xilas olunmasını təmin ediblər.

Xəbər lenti

Xəbər lenti