...

Azərbaycanda avtomobil oğruları yaxalanıb

Hadisə Materials 24 Mart 2014 13:49 (UTC +04:00)
Azərbaycanda avtomobil oğruları yaxalanıb
Azərbaycanda avtomobil oğruları yaxalanıb

Azərbaycan, Bakı, 24 mart /Trend/

Azərbaycanda avtomobil oğruları yaxalanıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 23-nə keçən gecə Salyan şəhərinin ərazisindən şəhər sakini Nazim Məmmədyarova məxsus "QAZ-2705" markalı avtomobil qaçırılıb.

Baş Dövlət Yol Polisi İdarəsi, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Bakı şəhər sakini Hüseyn Məmmədəliyev və Abşeron rayon sakini Ceyhun Rəşidov Hacıqabul rayonunun ərazisində tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların martın 21-də Mehman Cəbrayılova məxsus "Opel" markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaları və Ceyhun Xankişiyevə məxsus "VAZ-21014" markalı avtomobili qaçırmaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti