...

Şirvanda intihara cəhdin qarşısı alınıb

Hadisə Materials 31 Mart 2014 22:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend/

Şirvanda intihara cəhdin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şirvan şəhəri ərazisində yaşlı qadın intihara cəhd edib.

Hadisə yerinə gəlmiş yanğınsöndürən-xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən həmin şəxsin təxminən 15 metr hündürlükdən özünü aşağı atmaq niyyətində olduğu məlum olub.

Yanğınsöndürən-xilasedicilər qadınla aparılan danışıqlar zamanı yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını alıblar.

Xəbər lenti

Xəbər lenti