Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/
Azərbaycanda dəm qazı və sirkə turşusundan zəhərlənən 2 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 30-da Tərtər rayon sakini Elmin Niftəliyev evində dəm qazından zəhərlənərək ölüb.
Aprelin 13-də sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Yasamal rayon sakini Bəhruz Məmmədov isə aprelin 30-da orada ölüb.
Hər iki ölüm faktı üzrə araşdırma aparılır.