Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/
Bakıda ərinə bıçaqla xəsarət yetirən qadın tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 16-sı saat 23 radələrində Mayakovski küçəsində yaşayan 1992-ci il təvəllüdlü Leyla Abdullayeva həyat yoldaşı, 1978-ci il təvəllüdlü Ramin Tahir oğluna ailə məişət zəminində bıçaq xəsarəti yetirib.
Bu səbəbdən L.Abdullayeva Nərimanov Rayon Polis İdarəsi 18-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.