...

Ukraynada xüsusi əməliyyatlar zamanı 20-dən çox hərbçi ölüb, 70-ə yaxını yaralanıb

Hadisə Materials 17 May 2014 14:11 (UTC +04:00)
Ukrayna antiterror əməliyyatları zamanı 24 hərbi qulluqçu itirib, 70-ə yaxını yaralanıb.
Ukraynada xüsusi əməliyyatlar zamanı 20-dən çox hərbçi ölüb, 70-ə yaxını yaralanıb

Azərbaycan, Bakı, 17 may /Trend/

Ukrayna antiterror əməliyyatları zamanı 24 hərbi qulluqçu itirib, 70-ə yaxını yaralanıb. Trend-in "Ukrinform" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk öz "facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, əməliyyatlar zamanı aşağıdakı itkilər qeydə alınıb: "Ukrayna Silahlı Qüvvələri - 16 nəfər; Ukrayna Təhlükəsizlik Xidməti - 3 nəfər; Daxili İşlər Nazirliyi Daxili Qoşunlar (Milli Qvardiya) - beş nəfər".

Bu arada Slavyanskın "xalq meri" Vyaçeslav Ponomaryov mətbuat konfransı zamanı bəyan edib ki, mayın 2-dən 12-dək keçirilən antiterror əməliyyatları zamanı ümumilikdə 650 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti