Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/
Tərtər sakini traktorun qoşqusunun altına yıxılıb və hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 19-da Tərtər rayonu, Qazıyan kəndindəki yonca sahəsində kənd sakini Ramil İsmayılov "T-40" markalı traktoru idarə edərkən sərnişini, həmkəndlisi Faiq Kazımov ehtiyatsızlıqdan traktorun qoşqusunun altına yıxılıb. Nəticədə F.Kazımov hadisə yerində ölüb.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.