...

Bakıda oğurluğa görə tutulmuş şəxsin silsilə cibgirlik əməlləri ifşa olunub

Hadisə Materials 7 İyun 2014 13:03 (UTC +04:00)
Oğurluq etdiyinə görə tutulmuş Rasim Misirovun digər cinayət əməlləri də ifşa olunub.
Bakıda oğurluğa görə tutulmuş şəxsin silsilə cibgirlik əməlləri ifşa olunub

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İzzət/

Oğurluq etdiyinə görə tutulmuş Rasim Misirovun digər cinayət əməlləri də ifşa olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Rasim Misirovun ətrafında Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Aygün Məmmədovanın çantasından 2000 manat və sənəd, Naib Hüseynovun cibindən 600 manat, Günay Nuriyevanın çantasından 50 manat və sənəd, Səkinəxanım Tağıyevanın çantasından 35 manat, qızıl əşyalar və sənəd və Sevər Abdullayevanın çantasından 360 manat və sənəd oğurlaması da müəyyən edilib.

Rasim Misirovun digər cinayət əməllərində iştirakı ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti