...

Məhkəmə "avtoş" sürücüyə cəza kəsdi: 30 sutka həbs və 1 illik sürücülük hüququndan məhrumetmə (ƏLAVƏ OLUNUB 2) (VİDEO)

Hadisə Materials 7 İyun 2014 16:03 (UTC +04:00)
Bakıda avtoxuliqanlıq edən avtobus sürücüsü həbs olunub. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildiriblər.
Məhkəmə "avtoş" sürücüyə cəza kəsdi: 30 sutka həbs və 1 illik sürücülük hüququndan məhrumetmə (ƏLAVƏ OLUNUB 2) (VİDEO)

Yeni məlumatlar əlavə olunub (ilk xəbər saat 13:36-da yayılıb)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda avtoxuliqanlıq edən avtobus sürücüsü həbs olunub. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildiriblər.

İdarədən deyiblər ki, 1988-ci il təvəllüdlü Bakı şəhər sakini İbrahimov Tural Abdulla oğlu iyunun 1-də paytaxtın 8-ci km qəsəbəsi, Rüstəmov küçəsində idarə etdiyi 10 TF 975 dövlət nömrə nişanlı, Daewoo markalı avtobusla avtoxuliqanlıq edib. Sürücü bununla əlaqədar saxlanılıb və barəsində toplanmış materiallar Nizami rayon məhkəməsinə göndərilib.

Nizami rayon məhkəməsinin bu gün keçirilən iclasında "avtoş" sürücü barəsində qərar qəbul edilib. Belə ki, məhkəmə T.İbrahimovu bir il müddətinə sürücülük hüququndan məhrum etməklə 30 sutka həbslə cəzalandırıb.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti