...

Sumqayıt sakininin avtomobilindən narkotik vasitə və silah-sursat tapılıb

Hadisə Materials 10 İyul 2014 14:08 (UTC +04:00)
Sumqayıt şəhər sakininin idarə etdiyi avtomobilə baxış zamanı narkotik vasitə və silah-sursat aşkar edilərək götürülüb.
Sumqayıt sakininin avtomobilindən narkotik vasitə və silah-sursat tapılıb

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

Sumqayıt şəhər sakininin idarə etdiyi avtomobilə baxış zamanı narkotik vasitə və silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Tural Məmmədovun idarə etdiyi "Mersedes" markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı avtomobildən 10,48 qram həşiş, 1 ədəd qumbara, 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-istintaq tədbiləri davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti