...

Səfirlik: Moskva metrosunda baş vermiş qəzada yaralanan və ölən arasında Azərbaycan vətəndaşı yoxdur

Hadisə Materials 15 İyul 2014 21:02 (UTC +04:00)
Səfirlik: Moskva metrosunda baş vermiş qəzada yaralanan və ölən arasında Azərbaycan vətəndaşı yoxdur
Səfirlik: Moskva metrosunda baş vermiş qəzada yaralanan və ölən arasında Azərbaycan vətəndaşı yoxdur

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Moskva metrosunda baş vermiş qəzada yaralanan və ölən arasında Azərbaycan vətəndaşı yoxdur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin mətbuat xidməti bildirir.

Moskva metrosunda baş vermiş faciə ilə əlaqədar Moskva şəhər Səhiyyə idarəsi (idarə) tərəfindən mətbuat konfransı keçirilib.

Səfirliyin nümayəndəsinin iştirak etdiyi mətbuat konfransı idarənin rəhbəri Qeorqiy Qoluxov tərəfindən aparılırdı.

Qeorqiy Qoluxov bildirmişdir ki, faciə nəticəsində 136 nəfər yaralanmış və 20 nəfər həyatını itirmişdir. Onların məlumatına görə yaralanan və həyatını itirənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Qeorqiy Qoluxov onu da vurğulamışdır ki, qeyd olunan rəqəmlər dəyişə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti