Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İlkin İzzət/
Paytaxtın Nizami rayonu ərazisində 3 yaşlı uşaq eyvandan yıxılması nəticəsində ölüb.
Trend DİN-in saytına istinadən xəbər verir ki, iyulun 16-da paytaxtın Nizami rayonu ərazisində 3 yaşlı Maqsud Mirzəyev yaşadığı mənzilin eyvanından yıxılıb və aldığı xəsarətdən xəstəxanada ölüb.
İyulun 16-da Sumqayıt şəhəri 3-cü mikrorayonda isə ruhi xəstə Sahibə Məmmədova yaşadığı evin 4-cü mərtəbəsinin eyvanından yıxılaraq ölüb.