Azərbaycan, Bakı, 19 iyul /Trend/
Bakıda zavodda bədbəxt hadisə baş verib.
Trend DİN-in saytına istinadən xəbər verir ki, iyulun 18-də Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən "Metal-Konstruksiyalar" zavodunda işləyənlər - qəsəbə sakini Qadir Ömərov və Quba rayon sakini Ağakərim Bağırov təmir-quraşdırma işləri görərkən 20 metr hündürlükdən yıxılıblar.
A.Bağırov hadisə yerində, xəstəxanaya yerləşdirilmiş A.Ömərov isə orada ölüb.